Rubio və II Abdulla Suriyanı müzakirə ediblər

post-img

ABŞ dövlət katibi Marko Rubio və İordaniya kralı II Abdullah telefonla Qəzza zolağı və Suriyadakı vəziyyəti müzakirə ediblər. Xəbəri “Anadolu” verib. 

ABŞ Dövlət Departamentinin məlumatına görə, Qəzza zolağında atəşkəs razılaşmasının icrası hərtərəfli qiymətləndirilib. Həmsöhbətlər əsirlərin gələcək mübadiləsi mövzusunu və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Rubio Kral Abdullaya İordan Dəhlizi vasitəsilə humanitar yardımın çatdırılmasında oynadığı rola görə təşəkkür edib. ABŞ dövlət katibi Vaşinqtonun ABŞ-İordaniya tərəfdaşlığını dərinləşdirmək əzmində olduğunu vurğulayıb.

Həmsöhbətlər Suriyadakı hadisələri də müzakirə edərək, bu ərəb respublikasının “terrorçuluq üçün baza kimi istifadə edilməməsinin və qonşuları üçün təhlükə yaratmamasının” təmin edilməsinin vacibliyini təsdiqləyiblər.

P.ƏMİRCANOV
XQ

Dünya