Qazaxıstan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi prokurorluqla birgə kriminal qruplaşmaların fəaliyyətinin qarşısının alınması üzrə böyük əməliyyat keçiriblər.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, əməliyyat eyni zamanda ölkənin 10 bölgəsində keçirilib.
Cinayətkar qruplaşmalar narkotik maddələrin daşınmasını təmin edən kanallar yaratmaq, hədə-qorxu ilə pul tələb etmək və cinayətkarlığın maliyyələşdirilməsi ilə məşğul olublar.
Əməliyyat zamanı kriminal aləmə yaxın 118 nəfər saxlanılıb. Onlardan 13 nəfəri cinayət aləminin nümayəndələri olublar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana