Tramp Kiyevə silah tədarükünü “nəzərdən keçirir”

post-img

ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Ukraynaya əlavə silah tədarükü məsələsinin hazırda nəzərdən keçirildiyini açıqlayıb.

Bir jurnalistin ABŞ administrasiyasının Ukrayna ordusuna tədarükləri davam etdirməyə hazır olub-olmadığını soruşduqda o, “Biz bu məsələni araşdırırıq” deyə cavab verib.

"Reuters"in məlumatına görə, Tramp əlavə edib ki, Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün indi etdiyindən daha çox şey etməlidir. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını və Rusiya prezidenti Vladimir Putinlə “çox yaxında” danışmağı planlaşdırdığını bildirib.

Tramp qeyd edib ki, Putin dialoqdan imtina edərsə, o, Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirməyə hazırdır.

S.ELAY

XQ

Dünya