Yenə yağmursuz və dumanlı...

post-img

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 22-də Bakıda və  Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam  bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.  Gecə 3-5°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm  civə sütunu ,nisbi rütubət 70-80  faiz  olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək.

 Lakin axşam bəzi  şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var.   Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta,gündüz 1-6° isti olacaq.

Q.QASIMOV 
XQ

Son xəbərlər