Türkiyə ordusu Suriyanın şimalında 17 YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib. Şimali İraqda daha 4 PKK yaraqlısı öldürülüb.
Bu barədə şənbə günü, yanvarın 18-də AZƏRTAC-a Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Nazirliyi bildirib ki, terrorçulara zərbələr Suriyada “Sülh baharı” antiterror əməliyyatı zonasında, eləcə də Qara bölgəsində və İraqın şimalında Pençe-Kilit əməliyyatı zonasında endirilib.
“Terrorçularla mübarizə hava şəraitindən və relyefdən asılı olmayaraq gecə-gündüz davam edir”, -deyə Türkiyənin Milli Müdafiə Nazirliyi vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara