Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 29 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yanvarın 17-də sosial şəbəkələrdə dərc olunan məlumatında deyilir.
Xəbəri “Anadolu” verib.
“Terrorçuların qaçmağa yeri yoxdur. Onlar üçün heç yer təhlükəsiz deyil”, - deyə nazirlik bildirib.
Məlumata görə, terrorçular silahlı hücuma hazırlaşarkən zərərsizləşdirilib.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, ölkənin Silahlı Qüvvələri bölgədəki terror təhlükəsini aradan qaldırmaq üçün qətiyyətli mübarizəni davam etdirəcək.
P.ƏMİRCANOV
XQ