ANAMA-da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi ilə görüş keçirilib

post-img

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə, nümayəndə heyətinə ölkəmizdə mövcüd mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Görüş zamanı Azərbaycanın AQEM-də sədrliyi müddətində mina təhlükəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması, Azərbaycanın minatəmizləmə sahəsində təcrübəsinin bölüşməsi, təşkilata üzv olan mina problemi ilə üzləşmiş ölkələrlə beynəlxalq həmrəyliyin təşviq edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 



Sosial həyat