Saxtalaşdırma əlaməti olan spirtli içkilərin satışının qarşısı alınıb

post-img

Nəzarət tədbirləri çərçivəsində Şamaxı şəhəri, N.Hikmət küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Səlimov Pərvin Sərxan oğluna məxsus “Favorit” marketdə Agentliyin əməkdaşları plandankənar yoxlama keçirib.

Marketdə saxtalaşdırma əlaməti olan 18 ədəd 0.5 litrlik “Oneqin” əmtəə nişanlı araq məhsulu aşkarlanıb. Məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin təsdiqinə dair sənədlərinin mövcud olmadığı məlum olub. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.





Sosial həyat