Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken yanvarın 14-də iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Amerikanın dövlət katibi Antoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar", - o, X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, imzalanma Yerevan vaxtı ilə saat 22:00-da (Moskva vaxtı ilə 21:00) baş tutacaq.
Bir gün əvvəl Mirzoyanın Blinken də daxil olmaqla həmkarları ilə görüşmək üçün ABŞ-a səfər edəcəyi barədə məlumat yayılmışdı.
Yanvarın 9-da Ermənistan hökuməti iclasda dövlətin Avropa İttifaqına (Aİ) qoşulması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Mirzoyan qeyd edib ki, son illər ölkənin təşkilatla əlaqələri “intensiv və dinamik” inkişaf edib. Onun sözlərinə görə, Aİ İrəvana xüsusilə təhlükəsizlik sahəsində yardım edib, həmçinin dövlətin iqtisadi inkişafına kömək etməyə hazır olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Aİ və Aİİ üzvlüyünü birləşdirmək hipotetik olaraq mümkün deyil, çünki iki təşkilat əhəmiyyətli dərəcədə fərqlidir. Bundan başqa, Aİİ-də əməkdaşlıq İrəvan üçün faydalıdır.
P.ƏMİRCANOV
XQ