Fidan Suriya ilə bağlı beynəlxalq toplantıda iştirak edəcək

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya ilə bağlı keçiriləcək toplantıda iştirak edəcək. Məlumatı “Anadolu” verib. 

Diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi rəhbərinin də qatılacağı Suriya ilə bağlı görüş 14 dekabr 2024-cü il tarixində İordaniyanın Aqaba şəhərində keçirilən danışıqların davamıdır.

İclasda Türkiyə və Suriyanın, eləcə də Körfəz Əməkdaşlıq Şurası ölkələrinin (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bəhreyn və Oman), İraq, Livan, İordaniya, Misir, Böyük Britaniya və Almaniya xarici işlər nazirlərinin iştirakı gözlənilir. İclasda ABŞ və İtaliya nazir müavinləri səviyyəsində təmsil olunacaq.

Həmçinin Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin, Ərəb Liqası baş katibinin, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) baş katibinin və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin də iştirakı gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya