Peskov: Putin Trampla görüşməyə hazırdır

post-img

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşməyə hazırdır, bunun üçün heç bir şərt tələb olunmur. Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov amerikalı siyasətçinin Putinlə görüş planlarını şərh edərkən deyib. Məlumatı “Anadolu” verib. 

“Prezident Putin dəfələrlə beynəlxalq liderlərlə, o cümlədən ABŞ prezidenti və Donald Trampla təmaslara açıq olduğunu bildirib. Bunun üçün heç bir şərt tələb olunmur. Dialoq aparmaq və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur”, - Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti ilə Ağ Evin yeni rəhbəri Donald Tramp arasında mümkün görüşə doğru hərəkətlər onun yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra görünə bilər: “Hələlik heç bir konkret məlumat yoxdur. Biz görüşə qarşılıqlı hazır olmağa çalışırıq”.

Peskov deyib: “Görünür, cənab Tramp oval kabinetə daxil olduqdan sonra artıq müəyyən hərəkətlər olacaq”.

Eyni zamanda, Kreml ABŞ-ın seçilmiş prezidentinin problemləri dialoq yolu ilə həll etmək niyyətini alqışlayıb: “Biz görürük ki, cənab Tramp da problemləri dialoq yolu ilə həll etməyə hazır olduğunu bəyan edir. Biz bunu alqışlayırıq”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya