Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Avropa ölkələrinə səfər etmək niyyətində olduğunu açıqlayıb. Məlumatı TASS verib.
O, Dəməşqdə İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə mətbuat konfransı zamanı deyib: “Mən yüksək səviyyəli nümayəndə heyətinə Avropa ölkələrinə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş tura başçılıq edəcəyəm”, deyə əl-Şibani “Əl-Vətən” qəzetinə bildirib.
Səfərlərin tarixləri dəqiqləşdirilməyib.
Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar və Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verərərk ölkəni tərk edib. Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
P.ƏMİRCANOV
XQ