ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib

post-img

ABŞ-ın Yeni Orlean şəhərində yük maşınını Yeni ilin gəlişini qeyd edən insanlara doğru sürən şəxsin kimliyi müəyyən edilib. AZƏRTAC-ın “ABC News”a istinadən verdiyi məlumata görə, sürücü 42 yaşlı Şamsud Din Cabbardır. O, hadisə zamanı müqavimət göstərərək 2 polisi yaralayıb və daha sonra zərərsizləşdirilib.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanıb. Hüquq-mühafizə orqanları ölən şübhəlinin ölkəyə nə zaman daxil olduğunu və İŞİD-lə əlaqəsinin olub-olmadığını müəyyən etməyə çalışır.

Dünya