Türkiyədən Suriyaya 25 mindən çox qaçqın qayıdıb

post-img

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Suriya Ərəb Respublikasında hökumət dəyişikliyindən sonra dekabrın 8-dən sonra 25 mindən çox suriyalı qaçqının ölkəyə qayıtdığını bildirib. 2011-ci ildən bəri Suriyadan olan 3 milyona yaxın qaçqın Türkiyədə yaşayır. Məlumatı “Anadolu” verib. 

“Son məlumatlara görə, Türkiyədə qanuni olaraq olan 4,1 milyon əcnəbidən 2 milyon 920 mini suriyalıdır”, - deyə Əli Yerlikaya bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə rəsmilərinin “suriyalıların təhlükəsiz və könüllü qayıtması və Suriyanın bərpası üçün səylərini davam etdirəcəyini” deyib. Bu məqsədlər üçün Ankara dekabrın 12-də Suriya ilə sərhəddə 2013-cü ildən bağlı olan Yayladağı sərhəd-keçid məntəqəsini açıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya