Koreya Respublikasının əsas müxalifəti - “Toburo” Demokrat Partiyası Prezident Yun Sok Yolun impiçmentindən sonra dövlət başçısı səlahiyyətlərini icra edən Baş nazir Han Dok Suya qarşı da impiçment proseduruna başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Toburo” Demokrat Partiyasının parlament fraksiyasının lideri Pak Çan De bildirib. Onun sözlərinə görə, xüsusi prokurorların təyinatı və qiyam ittihamlarının araşdırılması barədə qanun layihəsini dəstəkləməyən Han Dok Suya qarşı impiçment proseduruna start veriləcək.
Xatırladaq ki, hər iki sənəd dekabrın 12-də Koreya Respublikasının parlamenti tərəfindən qəbul edilmişdi. Qanunların dekabrın 24-dək qüvvəyə minməyəcəyi təqdirdə “Toburo” Han Dok Sunu impiçmentlə hədələmişdi.