Suriyada Baas rejiminin devrilməsindən sonra yaradılan müvəqqəti hökumətdə nazirlik rəhbərlərinin adları açıqlanıb. Məlumatı “Anadolu” verib.
Suriya müvəqqəti administrasiyasındakı mənbələr bildiriblər ki, yeni administrasiyada vəzifə bölgüsü böyük ölçüdə tamamlanıb, lakin günün tələblərinə uyğun olaraq yeni nazirliklər yaradıla və yeni təyinatlar edilə bilər.
Hazırda vəzifələr aşağıdakı kimi bölüşdürülür: Aparat rəhbəri Əhməd əl-Şara, baş nazir Məhəmməd əl-Bəşir, xarici işlər naziri Esaad Həsən Şeybani, daxili işlər naziri Məhəmməd Əbdürrəhman, ədliyyə naziri Şadi əl-Veysi, informasiya naziri Məhəmməd Yaqub əl-Ömər, səhiyyə naziri Mahir Şara, kənd təsərrüfatı naziri və Suvarma Mohammed Taha əl-Əhməd, təhsil və təlim naziri Nezir Məhəmməd əl-Qadiri, yerli idarəetmə və xidmətlər naziri Məhəmməd Əbdürrəhman Müslim, vəqflər naziri Hüsam Hac Hüseyn, ali təhsil naziri Əbdülmunim Əbdülhafiz, iqtisadiyyat və ticarət naziri Basil Əbdüləziz və qadın işləri idarəsinin rəhbəri Aişə əl-Dibs.
P.ƏMİRCANOV
XQ