Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Fidan əs-Səfadi ilə Suriyada baş verənləri müzakirə edib.
Söhbət zamanı nazirlər Suriyanın paytaxtı Dəməşqdə keçirəcəkləri görüşlər barədə məlumat mübadiləsi aparıblar.
P.ƏMİRCANOV
XQ