Lukaşenko yenidən prezidentliyə namizəd oldu

post-img

Belarusun Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonu prezidentliyə namizəd kimi qeydə alıb. Buna dəstək üçün təşəbbüs qrupu 2 milyon 518 min 145 imza toplayıb. Prezident seçkiləri 2025-ci ilin yanvarında keçiriləcək. Cənab Lukaşenko ardıcıl yeddinci müddətə namizəd olacaq. 

Məlumatı TASS verib. 

Belarus Mərkəzi Seçki Komissiyası daha dörd namizədi qeydə alıb: Belarus Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç, Respublika Əmək və Ədalət Partiyasının lideri Aleksandr Xijnyak, Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov, əvvəlki seçkilərdə namizəd olmuş, sahibkar, bitərəf Anna Kanopatskaya.

Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə prezident vəzifəsinə başlayıb və sonra bir neçə dəfə yenidən seçilib. Onun altıncı prezidentlik müddəti artıq başa çatmaq üzrədir. 

P.ƏMİRCANOV
XQ

Dünya