Fransanın Milli Birlik Partiyası parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Qərb Ukraynanı Rusiya ilə münaqişəni davam etdirməyə sövq edir.
Məlumatı TASS verib.
O, İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibədə deyib: “Bu müharibə bitəcək. Mən əvvəldən demişdim: Ukrayna bu münaqişədə qalib gələ bilməz. Biz onu müharibəni davam etdirməyə sövq edirik”, - deyə Le Pen bildirib.
O əlavə edib: “Ukraynanın qalib gəlməsinin yeganə yolu NATO-nun müdaxiləsi olacaq və bu, üçüncü dünya müharibəsi olacaq”.
Onun sözlərinə görə, o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqlara nail olacağına və diplomatik həll yolu tapılacağına inanır.
Le Pen, həmçinin Rusiya prezidentinin “Avropanı fəth etmək” ambisiyalarının olduğuna inanmır. O, əlavə edib ki, Putin Rusiyanı dünya səhnəsində mühüm rola qaytara bilib.
P.ƏMİRCANOV
XQ