Rusiyalı alim 2027-ci ilə qədər Arktika dənizlərində buzların tamamilə yox olacağını ehtimal edir

post-img

Şimal Buzlu okeanında buzun olmayacağı tarixi 3 faiz ehtimalla proqnozlaşdırmaq olar. Bu, təxminən bir ildən sonra və ya bir neçə il ərzində baş verəcək. Buna baxmayaraq, Arktikanın Yer üzündən tamamilə yox olacağını söyləmək olmaz.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Təbiət və insanlar” Fondunun iqlim üzrə eksperti Aleksey Kokorin bildirib.

Onun sözlərinə görə, Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin iki il əvvəl dərc etdiyi iqlim dəyişikliyi ilə bağlı üçüncü qiymətləndirmə hesabatında bu ehtimal 2030-cu il üçün 5 faiz qiymətləndirilirdisə, artıq 2015-ci ildə cəmi 0,5 faiz olub.

Kokorin xatırladıb ki, Arktikada yay dövrü maydan sentyabr ayına qədər davam edir.

Dünya