Qətərdə Astana formatı çərçivəsində xarici işlər nazirlərinin Suriya ilə bağlı görüşü keçiriləcək

post-img

Dekabrın 7-də Qətərin paytaxtı Dohada Astana formatı çərçivəsində xarici işlər nazirlərinin (Rusiya Federasiyası, İran, Türkiyə) Suriyada proseslərin nizamlanması məsələsinə dair görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyinə məlumat verib. O qeyd edib ki, görüş dekabrın 7-8-də keçiriləcək Doha Forumu çərçivəsində baş tutacaq.

Dünya