İslamabadda Belarus və Pakistan liderləri görüşüblər

post-img

İslamabadda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında rəsmi danışıqlar başlayıb. Bu barədə noyabrın 26-da Belarus dövlət başçısının mətbuat xidmətinə istinadən “Anadolu” məlumat yayıb.

Lukaşenko Pakistanın baş nazirinin iqamətgahına getməzdən əvvəl baş nazirin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar ilə protokol görüşü keçirib.

Şahbaz Şərif Belarus liderini eyvanda qarşılayıb. Danışıqlardan əvvəl fotoçəkiliş mərasimi və fəxri qarovul dəstəsinin iştirakı və dövlət himnlərinin səsləndirilməsi ilə Pakistanın Baş nazirinin Aleksandr Lukaşenko ilə rəsmi görüşü olub.

Daha sonra Aleksandr Lukaşenko və Şahbaz Şərif iqamətgahın ərazisində ağac əkib və bundan sonra danışıqlara gediblər. İclas məhdud tərkibdə keçirilir, daha sonra onlara nümayəndə heyətlərinin üzvləri də qoşulacaq. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün praktiki addımları vurğulamaqla, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə diqqət yetirəcəklər. Gözlənilir ki, Aleksandr Lukaşenko və Şahbaz Şərif əməkdaşlığın ən perspektivli sahələrini nəzərdən keçirəcək və gələcək üçün birgə fəaliyyət planını müzakirə edəcəklər.

P.ƏMİRCANOV
XQ

 

Dünya