Noyabrın 22-də Türkiyə paytaxtında “Anadolu” agentliyinin və Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə İstanbul Enerji Forumu keçiriləcək. Tədbirin əsas mövzusu “Ümumi gələcək, ortaq məqsədlər”dir.
Məlumatı “Anadolu” verib.
İstanbul Konqres Mərkəzində keçiriləcək birgünlük forumda müxtəlif ölkələrin enerji nazirləri, yerli və xarici qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər, media və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də biznes ictimaiyyətinin aparıcı nümayəndələri iştirak edəcəklər.
Forum enerji sektorunda regional hədəflər, təbii qaz təchizatının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu və enerji transformasiyasının maliyyələşdirilməsi kimi məsələlərin qiymətləndirilməsini planlaşdırır. Regional və beynəlxalq gündəmlə yanaşı, neftdən tutmuş təbii qaza, təchizat təhlükəsizliyindən texnoloji inkişafa kimi bir çox başqa mövzuların da müzakirəsi planlaşdırılır.
P.ƏMİRCANOV
XQ