Gürcüstanda yeni prezident seçkilərinin 2025-ci ilin əvvəlində keçiriləcəyi gözlənilir. Bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.
Məlumatı TASS verib.
“Ölkədə hər şey sakit və sabitdir. Parlament seçkilərinin nəticələrinə yekun vurulacaq, ondan sonra parlamentin ilk iclası baş tutacaq. Və çox güman ki, yanvarın əvvəlində prezident seçkiləri keçiriləcək. Bundan sonra ölkə həmişəki kimi yaşamağa davam edəcək”.
P.ƏMİRCANOV
XQ