Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Bu məlumata görə, Prezident Ərdoğan telefon danışığı zamanı Trampı ABŞ prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
“Türkiyə dövlətinin başçısı yeni dövrdə Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi arzularını ifadə edib”, - məlumatda qeyd olunur.
P.ƏMİRCANOV
XQ