Pentaqonun rəhbəri Kiyevə elan olunmamış səfər edib

post-img

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə elan olunmamış səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Pentaqon rəhbərinin Kiyevə səfərinin məqsədi ABŞ-da prezident seçkiləri ərəfəsində Ukraynaya dəstək nümayiş etdirməkdir.

Bildirilir ki, Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə görüşəcək. Səfər çərçivəsində Ukraynanın silah-sursata olan ehtiyacları müzakirə ediləcək.

Dünya