Moldovada keçirilən referendumda Aİ-yə qoşulmağın tərəfdarları və əleyhdarlarının səsləri, demək olar ki, bərabər bölünüb, prezident seçkilərində isə hazırkı dövlət başçısı Maya Sandu öndədir. Bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Xəbəri “Euronews” verib.
Referendumda sakinlərdən “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına cavab vermələri istənilib. Protokolların 98,11%-i hesablandıqdan sonra “bəli” cavabı 49,90%, “yox” cavabı isə 50,10% təşkil edib.
Referendum Moldovada prezident seçkiləri ilə eyni vaxtda keçirilib. Səsvermə bülletenlərinin 97,97%-i emal edildikdən sonra hazırkı prezident Maya Sandu liderlik edir. O, 41,86% səs toplayıb. Namizədlərdən heç biri 50%-dən çox səs yığa bilmədiyinə görə ikinci tur noyabrın 3-də keçiriləcək.
Sandunun rəqibi 26,34% səs toplamış keçmiş baş prokuror Aleksandr Stoyanoqlo olacaq.
P.ƏMİRCANOV
XQ