BMT-nin Dünya Ərzaq Proqramının Fələstin üzrə direktoru Antuan Renar Qəzzanın şimalında ərzaq ehtiyatlarının 10 günə qədər çatacağı xəbərdarlığını edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “Financial Times” yazıb. Bildirilib ki, ərzaq tədarükü ilə bağlı çətinlik humanitar yardımın çatdırılmasında 2 həftəlik məhdudlaşdırıcı tədbirlərlə əlaqəlidir.
O bildirib ki, təxminən 400 min Qəzza sakini sərt ərzaq qıtlığı ilə üzləşib.
Məlumata əsasən, İsrail ərzaq tədarükünün məhdudlaşdırılmasını rədd edərək Qəzzanın ərzaq və tibbi avadanlıqlardan ibarət 50 yük maşını ilə təmin edildiyini açıqlayıb.