Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) çıxılmaz vəziyyətdədir və islahatlara ehtiyac duyur. TASS xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
Qazax liderinin sözlərinə görə, hazırda BMT-yə alternativ yoxdur, o, hamını birləşdirən yeganə qlobal təşkilat olaraq qalır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var, bunun nəticəsində orta güclərin səsi eşidiləcək.
O əlavə edib ki, COVID-19-dan silahlı münaqişələrə qədər dəyişən böhranlar kövrək beynəlxalq ekosistemi təhdid edir, lakin qeyri-sabitliyin səbəbləri keçmişə gedib çıxır.
P.ƏMİRCANOV
XQ