Qazax xanlığı haqqında XVII əsrə aid nadir əlyazma tapılıb

post-img

Qazaxıstan Milli Əlyazmalar və Nadir Kitablar Mərkəzi Rusiya Milli Kitabxanasında aşkar edilmiş qiymətli əlyazmanın nüsxəsini təqdim edib.

AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, 2022-ci ildə bu mərkəzin mütəxəssisləri Moskvaya elmi-tədqiqat səfəri zamanı fars dilində Qazaxıstan tarixi haqqında XVII əsrə aid “Tarix” adlı əlyazmanı araşdırıblar.

Bu kitab Muhammed Haydar Dulatinin “Tarix-i Rəşidi” əsərinin davamı hesab edilir və Qazax xanlığının maraqlı faktları ehtiva edən tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Əlyazmanın müəllifi qədim Moğolustan tarixinə dair bir neçə əsər yazan Şah Mahmud ibn Mirzə Fazil Çurasdır. O, öz əsərləri üzərində 30 il işləyib və şəcərələr üzrə məşhur mütəxəssis olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana





Dünya