Politico-ya mənbələr bildiriblər ki, gələn həftə NATO-nun müdafiə nazirləri alyansın Rusiyaya qarşı uzunmüddətli siyasətinin nəzərdən keçirilməsini müzakirə edəcəklər. Onlardan biri hesab edir ki, hələ də qüvvədə olan Rusiya-NATO Təsis Aktı və Rusiya-NATO Şurası başqa dövr üçün yaradılıb.
Nəşrin məlumatına görə, müzakirələr bir neçə aydır ki, davam edir. Amma gələn həftə bu mövzuda nazirlərin danışıqlarının birinci raundu baş tutacaq. Mənbə Politico-ya deyib: “İndi konkret mövqelərə əsaslanan yeni strategiya hazırlamaq vaxtıdır”.
İddialara görə, NATO ölkələri “NATO-Rusiya Qurucu Aktının gələcəyi kimi mövzulara aparan” debatları təşviq etməyə çalışırlar. İyul ayında keçirilən sammitdə alyans ölkələri 2025-ci ilin iyununda Haaqada keçiriləcək növbəti sammitə qədər Rusiyaya qarşı yeni strategiyanın hazırlanması barədə razılığa gəliblər.
S.ELAY
XQ