Sensasiyalı eksperiment: Yuxuda olan insanlar arasında əlaqə qurulub

post-img

“REMspace” tədqiqat mərkəzi tərəfindən aparılan innovativ tədqiqat yuxu və şüurun öyrənilməsində yeni səhifə açıb. AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, alimlər tarixdə ilk dəfə olaraq yuxu vəziyyətində olan insanlar arasında ikitərəfli əlaqə qura biliblər.

Eksperiment evin müxtəlif yerlərində yerləşən iki yatan iştirakçı arasında məlumat mübadiləsinin mümkünlüyünü nümayiş etdirib. Beyin dalğalarının monitorinqi üzrə ən müasir avadanlıqdan istifadə edən tədqiqatçılar yuxuda olan insanların şüurlarını əlaqələndirə və onlar arasında mesajların ötürülməsini təşkil edə biliblər.

“REMspace”in təsisçisi və baş direktoru Maykl Raduqa bu nailiyyətin inqilabi xarakterini qeyd edərək, keçmişdə elmi fantastika kimi görünən hadisələrin yaxın gələcəkdə gündəlik reallığa çevrilə biləcəyini vurğulayıb.

Təcrübənin metodologiyasına iştirakçıların beyin fəaliyyətinin uzaqdan monitorinqi daxildir. Subyektlərdən biri aydın yuxu mərhələsinə daxil olduqda, sistem təsadüfi bir söz tapıb və onu qulaqlıq vasitəsilə ötürüb. İkinci iştirakçı oyandıqdan sonra sözü dəqiq şəkildə təkrarlaya bilib. Beləliklə, bu fakt eksperimentin uğurunu təsdiqləyib.

Dünya