Ermənistan MDB XİN başçılarının iki yekun bəyanatına qoşulmayıb

post-img

Yerevan MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında iki yekun bəyanata qoşulmayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

“Ermənistan “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlara qoşulmayıb”, - Badalyan deyib.

Görüş bir gün əvvəl, oktyabrın 7-də Moskvada baş tutub. Tərəflər beynəlxalq münasibətlərlə bağlı bir sıra sənədlər imzalayıb, birgə işlərinin nəticələrini müzakirə ediblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya