Gürcüstan hakimiyyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin yaxşılaşdırılmasına kömək etməyə hazır olması barədə sözlərini müsbət qiymətləndirib. Bunu Tbilisi meri Kaxa Kaladze bildirib.
Məlumatı “Kommersant” verib.
O, Rusiyanı bu istiqamətdə addımlar atmağa, xüsusən də bu iki dövlətdən hərbi personalını çıxarmağa dəvət edib: “Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionları ilə barışığı alqışlaması və buna töhfə verməsi, təbii ki, müsbət haldır. Mən deyərdim ki, bu cür bəyanatlardan sonra effektiv addımlara keçmək yaxşı olardı”.
Sentyabrın 26-da Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisini “vahid gürcü dövləti”ndə yaşamağa çağırıb. Onun fikrincə, buna qarşılıqlı bağışlama yolu ilə nail olmaq olar, lakin o, ölkənin bütövlüyünün bərpasını əsas vəzifə adlandırıb.
Sentyabrın 29-da RF XİN başçısı Sergey Lavrov Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə barışmasına kömək etməyə hazır olduğunu bəyan edib.
P.ƏMİRCANOV
XQ