Ankara BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunu almağa çalışır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı “Anadolu” verib.
Türkiyə lideri İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib: “Türkiyə (BMT Təhlükəsizlik Şurasının) daimi üzv olmağa çalışır, lakin bunda hələ heç bir nəticə əldə etməyib”.
Eyni zamanda o qeyd edib ki, Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri Türkiyənin bu istiqamətdəki istəklərinə dəstək nümayiş etdirmirlər.
Dövlət başçısı təşkilatda islahatlara çağırışını yenidən səsləndirib. Onun sözlərinə görə, mövcud sistem BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə qərarların qəbuluna nəzarət etmək imkanı verir, 15 qeyri-daimi üzvü ikinci plana keçir.
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşü şərh edən Türkiyə lideri bildirib ki, tərəflər 2025-ci ilin əvvəlində yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi planlarını müzakirə ediblər. Onun sözlərinə görə, liderlər Egey bölgəsində Ankara ilə Afina arasında fikir ayrılıqları ilə bağlı da fikir mübadiləsi aparıblar. Prezident Ərdoğanın sözlərinə görə, Yunanıstanın baş naziri bu problemlərin həlli üçün addımlar atacağına söz verib.
P.ƏMİRCANOV
XQ