Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

post-img

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir. Bunun nəticəsidir ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı sentyabrın 29-dan oktyabrın 2-dək paytaxt Bakı şəhərində keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası Heydər Əliyev Mərkəzində keçirilir.

İclasda açılış nitqi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edib.









Sosial həyat