Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi və Nərimanov rayonlarındakı yaşayış binalarında 2 halda liftdə qalma, Abşeron və Suraxanı rayonları ərazisində isə 2 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.
P.ƏMİRCANOV
XQ