Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Məlumatı “Anadolu” verib.
Görüş Ərdoğanın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu Yorka səfəri çərçivəsində baş tutub.
Prezident Ərdoğan Ermənistanın baş naziri Paşinyanla növbəti görüş keçirib.
Görüş Nyu Yorkdakı Türkevidə olub və mətbuata qapalı olub.
Başqa bir məlumata görə, Ərdoğan görüş zamanı Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.
P.ƏMİRCANOV
XQ