Ərdoğan ABŞ-da mühüm görüşlər keçirib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Məlumatı “Anadolu” verib. 

Nyu-Yorkda Türkevində İran prezidentini Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın qarşılayıb. Görüş mətbuata qapalı keçirilib.

Ərdoğan Nyu-Yorkda görüşlərini davam etdirərək 15-ci Türkiyə İnvestisiya Konfransında iştirak edib. O, Türkevində Türkiyə-ABŞ İş Şurasının (TAİK) təşkil etdiyi 15-ci Türkiyə İnvestisiya Konfransı çərçivəsində amerikalı və türk iş adamları ilə görüşüb.

Bu görüş də mətbuata qapalı keçirilib.

 

P.ƏMİRCANOV

XQ

 



Dünya