Türkiyə terrorçuların 24 hədəfini məhv edib

post-img

Türkiyə Milli Müdafiə Nazirliyi hava hücumlarında İraqın şimalındakı Hakurk, Qara, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq və anbarlardan ibarət 24 hədəfin məhv edildiyini bildirib.

Məlumatı “Anadolu” verib. 

Nazirlikdən verilən açıqlamada hava əməliyyatının BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq Şimali İraqın Hakurk, Qara, Qəndil və Asos bölgələrində terror hədəflərinə qarşı həyata keçirildiyi bildirilib. PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi Şimali İraqdan xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması məqsədi daşıyır.

Bu məlumata görə, əməliyyat zamanı terror təşkilatının istifadə etdiyi və komanda səviyyəsində terrorçuların yerləşdiyi güman edilən mağara, sığınacaq və anbarlardan ibarət 24 hədəf məhv edilib.

Əməliyyat nəticəsində çoxlu sayda terrorçu zərərsizləşdirilib.

P.ƏMİRCANOV
XQ

Dünya