Samux: Qabırrı çayı ram olunur…

post-img

Samux rayonunun Gürcüstanla həmsərhəd olan Burunqovaq, Poylu, Kəsəmən və digər yaxın kəndlərin ərazisindən keçən 7 kilometrlik hissəsində daşqınların qarşısının alınması məqsədilə sahil bərkitmə işləri aparılır. 

Məlumat üçün bildirək ki,  3000 nəfərə yaxın əhalisi olan bu kəndlər rayonun Gürcüstan Respublikası ilə sərhəddində yerləşirlər. Daşqınlar zamanı kəndlərdə vətəndaşlarımıza məxsus evlərin subasma halları olmuş, fərdi təsərrüfatlara, əkin sahələrinə, otlaq və biçənək sahələrinə, meşə massivinə ciddi ziyan dəymişdir.  

Çayda baş verəcək daşqın hallarının qarşısının alınması məqsədi ilə adiyyatı dövlət qurumları tərəfindən çayın məcrasında təmizləmə və sahil bərkitmə işləri aparılır. Çayın ətrafında uzun müddətdir fotmalaşan bitki örtüyü, lillər  ağır texnikalar vasitəsi ilə təmizlənir və çay yatağının dibi genişləndirilir. 

Su agentliyinin Samux rayonu üzrə baş mühəndisi Elşən Rüstəmov deyir ki, Salahlı kəndi üzrə 1 kilometr ərazidə lildən təmizləmə və sahil bərkitmə işləri görülmüşdür. Hazırda Burunqovaq kəndi ərazində 6 kilometr məsafədə çay boyu lildən tənizləmə və sahil bərkitmə işləri həyata keçirilir. Ayın sonuna qədər daha 2 kilometr ərazi təmizlənəcək.

Qeyd etmək lazımdır ki, sel sularının adıçəkilən kəndlərin ərazisinə nisbətən az ziyan vurması məhz elə bu çayın sahilinin dayanıqlı olması çox böyük təsir edir.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Samux rayonu







Sosial həyat