Orban daşqınlara görə bütün işlərini təxirə salıb

post-img

Macarıstanın baş naziri Viktor Orban ölkədə daşqın təhlükəsi ilə əlaqədar bütün beynəlxalq işlərini təxirə salıb. O, bu barədə sentyabrın 16-da məlumat verib.

Xəbəri “İzvestiya.ru” yayıb. 

“Macarıstanda ekstremal hava şəraiti və davam edən daşqınlara görə mən bütün beynəlxalq öhdəliklərimi təxirə saldım”, – siyasətçi özünün X (keçmiş Twitter) səhifəsində yazıb.

Orban ölkənin Avropa İttifaqına (Aİ) sədrliyi proqramını sentyabrın 18-də Avropa Parlamentinə təqdim etməli idi.

Bundan əvvəl, sentyabrın 15-də “The Guardian” qəzeti güclü külək və yağışın Avstriya, Çexiya, Macarıstan, Rumıniya və Slovakiyanı vurduğunu yazıb. “Boris” qasırğası 8 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə və minlərlə insanın evlərindən təxliyə edilməsinə səbəb olub.

P.ƏMİRCANOV

XQ

 

Dünya