NYT: Ukrayna və Rusiya danışıqlardan əvvəl son döyüşə başlayıblar

post-img

Ukrayna müharibəyə son qoymağın yekun formulunu təklif etmək üçün artıq bu payızda ikinci sülh sammitini keçirmək niyyətində olduğunu qətiyyətlə bəyan edib. Bunu gözləyən Ukrayna və Rusiya sülh danışıqlarında daha güclü mövqe tutmaq üçün hazırda cəbhədə mümkün qədər çox uğur əldə etməyə çalışırlar.

Bu barədə “The New York Times” yazır. Nəşrin müəllifləri vurğulayırlar ki, hazırda Ukrayna və onun tərəfdaşları arasında baş verən “ən təcili diplomatiya” ukraynalılara döyüş meydanını öz xeyrinə formalaşdırmaq imkanı vermək məqsədi daşıyır. Bu həm də ona görə vacibdir ki, Kreml, görünür, danışıqlarda maraqlı deyil, lakin cəbhədəki vəziyyətin dəyişməsi ilə onun fikri dəyişə bilər. Bu, Ukraynanın Kursk vilayətində əməliyyatına başlamasından və Ukraynanın Rusiya neft obyektlərinə zərbələrinin güclənməsindən sonra bu mövzuda diplomatik müzakirələrin yenidən canlandığından xəbər verir. Eyni kontekstdə Rusiya ərazisində Qərb raketlərinin zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı diplomatik müzakirələr davam edir. 

Kiyev İqtisadiyyat Məktəbinin prezidenti və Ukraynanın sabiq iqtisadi inkişaf naziri Timofey Mılovanov qeyd edib ki, Ukraynanın gücləndirilmiş hərbi potensialı, onun Rusiyanın strateji neft infrastrukturuna sürətli zərbələr endirmək qabiliyyəti prezident Vladimir Putini danışıqlar masası arxasına keçirə bilər. İstefada olan amerikalı admiral Uilyam H. Makreyven isə etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatından əvvəl o, Ukrayna üçün mümkün olan ən yaxşı sülh variantını müttəfiqlərin təhlükəsizlik zəmanəti və dondurulmuş Rusiya pulları ilə sadə atəşkəs hesab edirdi. Lakin Kurska hücum onu təəccübləndirib və bu, Ukraynaya üstünlük verib.

S.ELAY

XQ

 

Dünya