Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval ilə görüşüb. Prezident oktyabrın 22-də Kazanda Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli görüşün keçirilməsini təklif edib.
Məlumatı “Kommersant.ru” verib.
Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak edib. Putin Hindistanın baş naziri ilə 2024-cü il iyulun 8-9-da keçirilmiş son danışıqların uğurunu qeyd edib. O, Rusiya Federasiyası ilə Hindistan arasında strateji tərəfdaşlığın inkişafını qeyd edib və dialoqu davam etdirdiyinə görə Nyu-Dehliyə təşəkkürünü bildirib.
Bundan əvvəl Vladimir Putin Çinin xarici işlər naziri Vanq İ ilə görüş keçirib. Prezident Moskva ilə Pekin arasında münasibətlərin bütün sahələrdə “çox uğurla” inkişaf etdiyini bildirib, həmçinin Çin lideti Si Tsinpinlə bu ilin oktyabrında Kazanda BRICS sammiti çərçivəsində ikitərəfli görüş keçirməyi planlaşdırdığını deyib.
P.ƏMİRCANOV
XQ