Türkiyə 2011-ci ildən bəri ilk dəfə Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Məlumatı “Anadolu” verib.
Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının 162-ci iclası sentyabrın 10-da Qahirədə baş tutacaq.
Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən verilən məlumata görə, tədbirin açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edəcək. Çıxış zamanı regional məsələlərə toxunulacaq, Qəzza zolağındakı vəziyyət, eləcə də Ankara ilə Ərəb Liqası arasında münasibətlər vurğulanacaq.
Ekspertlər qeyd edirlər ki, Türkiyə XİN rəhbəri Milli Kəşfiyyat Təşkilatının rəhbəri olduğu müddətdə Körfəz ölkələri ilə bağlı qapılar arxasında apardığı normallaşma prosesi çərçivəsində təmaslar nəticəsində bir illik uzun fasilədən sonra görüşə dəvət edilib.
P.ƏMİRCANOV
XQ