Su altında “muzeylər”

post-img

Dünyanın gözəl mənzərəli və hey­rətamiz yerlərdən biri də yeraltı mağaralardır. Şimali Makedoni­yanın Skopye şəhərində olan Vrelo mağarasının da bir hissəsi suyun altında yerləşir. Dərinliyi 230 metr olan bu boşluq Balkanlarda ən dərin, Avropada isə ikinci dərin mağara hesab olunur. 

Mağara iki fərqli sistemdən ibarətdir. Yuxarı hissə Vrelo, sualtında qalan qat isə Podvrelo adlanır. Mağara daxilində çoxlu stalaktit (mağaranın tavanından damcıla­yan mineral) və stalaqmitlər (mağaranın dibindən yuxarıya qədər sütun əmələ gə­tirən mineral) mövcuddur. Bunlardan daha çox diqqət çəkəni “əkiz sütunlar”dır. On­ların uzunluğu 6 metrə çatır və kristallik rəngdədir. 

Mağaraya turistlərin səfəri xüsusi qa­yıqlarla həyata keçirilir. Səyahət 20 dəqiqə çəkir. Qayıqlar xüsusi platformada dayanır və pilləkənlərlə mağaranın girişinə qalxır­lar. 

FİDAN
XQ



Dünya