ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ilin oktyabrında Yupiterin peyki Avropaya onda həyat üçün şəraitin olub-olmadığını müəyyən etmək üçün kosmik gəmi göndərəcək.
“Europa Clipper” missiyasının orbitə çıxarılması oktyabrın 10-da ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasından planlaşdırılır. Buraxılış üçün Amerikanın “SpaceX” şirkətinin “Falcon Heavy” daşıyıcısından istifadə ediləcək.
Sıfır cazibə şəraitində eksperimentlər aparmaq üçün 9 cihaz və avadanlıqla təchiz edilən kosmik gəminin Yupiter orbitinə çıxarılması və Avropaya yaxınlaşması nəzərdə tutulur.
XQ