Qırğızıstanda xəstəxanaya Ərdoğanın adı verilib

post-img

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstan-Türkiyə əlaqələrinin möhkəmlənməsi və inkişafındakı müstəsna xidmətlərini nəzərə alaraq, Bişkek Dövlət Qırğızıstan-Türkiyə Dostluğu Xəstəxanasına onun adının verilməsi haqqında fərman imzalayıb. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən “Anadolu” məlumat yayıb.

Tibb mərkəzi gələcəkdə “Rəcəb Tayyib Ərdoğan adına Bişkek Dövlət Qırğızıstan-Türkiyə Dostluğu Xəstəxanası” adlandırılacaq. Bu gün tibb müəssisəsi qeyri-kommersiya təşkilatıdır, onun fəaliyyəti diaqnostika və müalicə işlərinin keyfiyyətinin artırılmasına və vətəndaşların sağlamlığının qorunmasına yönəlmişdir.

“Dostluq” xəstəxanası istifadəyə verildiyi vaxtdan ölkə əhalisi yüksək texnologiyalı tibbi xidmət növlərinə çıxış əldə edib. Tibb mərkəzinin strukturuna: təcili tibbi yardım xidməti, anesteziya şöbəsi, terapevtik şöbə, qastroenterologiya şöbəsi, ümumi cərrahiyyə, pulmonologiya, ürək-damar cərrahiyyəsi, kardiologiya, həmçinin poliklinika və radiologiya şöbəsi daxildir.

Xəstəxana əhaliyə tibbi xidmət göstərməklə yanaşı, elmi fəaliyyətlə də məşğul olur.

P.ƏMİRCANOV
XQ

Dünya