Avropada qazın qiyməti 16 faiz artıb

post-img

Yay aylarında Avropada qazın qiyməti 16 faiz artaraq min kubmetr üçün təxminən 449 dollara çatıb.

Bu rəqəm London ICE birjasının məlumatlarında yer alıb. Qiymət artımına təsir edən əsas amillər Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu fonunda bu ölkənin ərazisindən qaz tranziti ilə bağlı yaranmış vəziyyət, isti hava və tədarükün Asiyaya yönləndirilməsi olub.

Əgər mayın 31-də qazın min kubmetri 388 dollar civarında satılırdısa, avqustun 30-da qiymət 16 faiz bahalaşaraq 449 dollara yüksəlib.

May ayında Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 357 dollar olub. Sonra qiymət tədricən artıb: iyunda - 384 dollara, iyulda - 366 dollara, avqustda - 437 dollara çatıb.

Bununla belə, Avropada yeraltı qaz anbarları hazırda 92 faizdən çox doludur. İndiyədək anbarlara 102 milyard kubmetrdən çox mavi yanacaq vurulub.

Dünya