Tramp Rusiya və KXDR-lə anlaşmanı mümkün hesab edir

post-img

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, Rusiya Federasiyası və Şimali Koreya ilə “yaxşı və ağlabatan” bir anlaşma əldə olunmasının mümkün olduğunu deyib. Məlumatı “İzvestiya.ru” verib. 

Pensilvaniyada tərəfdarları qarşısında çıxış edən Tramp Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin “diktatorlarla yaxınlaşmayacağına” dair sözlərinə diqqət çəkib.

Eyni zamanda, Tramp Şimali Koreya lideri Kim Çen In ilə 2019-cu ildə Şimali və Cənubi Koreya arasında hərbsizləşdirilmiş zonada baş tutan görüşünü xatırladıb. Sabiq prezidentin sözlərinə görə, o, Kim Çen Inla yaxşı anlaşıb.

“Rusiya ilə anlaşmaya gəlmə də yaxşıdır, pis deyil. Bu ağlabatan məsələdir”, - Tramp deyib.

Bundan əvvəl, avqustun 23-də ABŞ-nin vitse-prezidenti Kamala Harris “Trampı dəstəkləyən Kim Çen In kimi tiranlara və diktatorlara rəğbət bəsləməyəcəyini” demişdi.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya